Coli Pitt tərəfindən zorakılıq gördüyünü etiraf etdi

6-09-2021, 11:57           
Coli Pitt tərəfindən zorakılıq gördüyünü etiraf etdi
Uzun illərdir Hollivud ulduzu Bred Pittlə bağlı suala cavab verməkdən imtina edən Ancelina Coli sükutu pozub.

“Qafqazinfo” xəbər verir ki, aktrisa “Hüquqlarınızı bilin və onları tələb edin: Gənclər üçün bələdçi” kitabını tanıtdığı “The Guardian” qəzetinə verdiyi müsahibə zamanı əvvəlcə ailəsinin təhlükəsizliyi üçün qorxduğunu etiraf edərək əsl boşanma səbəbindən və keçmiş əri ilə illərlə apardığı mübarizədən danışıb.

Jurnalist Colinin Pitt ilə yaşadığı təcrübəni soruşub, daha sonra uşaqların təhlükəsizliyi üçün qorxusunun səbəbi ilə maraqlanıb.

Aktrisa təhlükəsizlik mövzusunda suallara cavab verməyib, çünki hüquqi nüanslara görə bu barədə danışa bilmədiyini qeyd edib.

Lakin o, ona qarşı edilən şiddəti təsdiq edib, kitabda Pittə qarşı başlatdığı boşanma və məişət zorakılığı ittihamlarından bəhs etdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru