Yusif Mustafayev Könül Kərimovanı yalanladı:"...Xəbərdar deyiləm"

6-09-2021, 18:29           
Yusif Mustafayev Könül Kərimovanı yalanladı:"...Xəbərdar deyiləm"
Müğənni Könül Kərimova mətbuata müsahibəsində mərhum əməkdar artist Məhəbbət Kazımovun ifasında sevilən, onun bəstəsi kimi bilinən “Laçınım” mahnısının özünə məxsus olduğunu söyləyib. O, bunu Yusif Mustafayevin, Manaf Ağayevin, Baloğlan Əşrəfovun və Vasif Məhərrəmlinin bildiyini deyib.

Mövzu haqda “Sherg.az”a danışan Y.Mustafayev hansısa məlumatının olmadığını xüsusi vurğulayıb:

“Mən bilmədiyim məslədən danışa bilmərəm. Könül xanım adımı səsləndirib, amma görməmişəm, eşitməmişəm. Onların öz mühiti olub. Məhəbbət də dostum idi, Könül xanım da. Lakin onun dediyi məsələdən xəbərdar deyiləm, kim yazıb, bəstələyib bilmirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru