Jan-Pol Belmondonun həyatının son günləri məlum olub

7-09-2021, 07:49           
Jan-Pol Belmondonun həyatının son günləri məlum olub
Məşhur fransız aktyor Jan-Pol Belmondonun vəkili Mişel Qodest sənətçinin həyatının son günləri barədə danışıb.

Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.

Məlum olub ki, aktyor son zamanlar güclü yorğunluqdan əziyyət çəkib. Hüquqşünasın sözlərinə görə, o, evində vəfat edib.

Qeyd edək ki, aktyor dünən vəfat edib. O, 88 yaşında dünyasını dəyişib. Belmondonun ölüm səbəbi açıqlanmır.

Aktyor 100-dən çox filmə çəkilib. O, "Peşəkar", "Son nəfəsdə", "Xüsusi detektiv", "Riodan gələn insan", "Çox gözəl", "Ağılsız Pyero" və digər filmlər sayəsində məşhur olub.

Xatırladaq ki, Belmondo 2001-ci ildə insult keçirib və sonrakı yeddi il boyunca ekrana çıxmayıb. Aktyor 2015-ci ildə karyerasına son qoyduğunu bildirib, amma iki ay maraqlı təkliflərə açıq olduğunu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru