Amerikalı aktyor ölü tapıldı

7-09-2021, 12:13           
Amerikalı aktyor ölü tapıldı
Amerikalı aktyor Maykl Kennet Uilliams vəfat edib.

54 yaşlı aktyor bazar ertəsi günü Nyu-Yorkun Bruklin rayonundakı mənzilində ölü tapılıb.

Mənzildə narkotik tapıldığı da iddia olunur, bu da sənətçinin həddindən artıq dozada narkotik qəbulundan ölə biləcəyini istisna etmir.

Uilliams əsasən “The Wire”, “Boardwalk Empire”, “The Sopranos” və digər seriallardakı rolları ilə tamaşaçılar tərəfindən tanınır.

Mənbə: “New York Post”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.