Bu əcaib cahil sənətçi şeytan olduğunu, amma Allaha inandığını söylədi...-FOTOLAR

8-09-2021, 12:36           
Bu əcaib cahil sənətçi şeytan olduğunu, amma Allaha inandığını söylədi...-FOTOLAR
Rusiya şou-biznesində ən çox müzakirə olunan əcaib məxluqlardan biri – reper Alişer Morqenstern Allaha inandığını bildirib.

Moderator.az xəbər verir ki, Ukraynanın məşhur jurnalisti Dmitri Qordona verdiyi müsahibədə Uca Allaha inanıb-inanmamağı haqda suala üzdəniraq reper "əlbəttə" cavabını verib.

"Ətrafınıza, ən xırda detallara qədər baxın. Bu üzümə baxın. O, öz-özünə yarana bilməz. Bu gözəl saçsız insana baxın (Qordona). Allah ona saçdan başqa çox şey verib" – deyə əndrəbadi şeytani görünüşlü məxluq söyləyib.

O, Morqenşternin sadə yaradıcı təxəllüs olmadığını qeyd edib. Əndrəbadi sənətçinin sözlərinə görə, bu, anası Marinanın adıdır. Repçi ailədən ayrıldığı üçün atasının soyadını daşımamalı olduğuna əmindir. Odur ki, ifaçı anasının soyadını əbədiləşdirmək qərarına gəlib. O, həmçinin Morqenşternin alman dilindən "səhər ulduzu" kimi tərcümə edildiyini söyləyib. Müqəddəs Kitabda İblisi təcəssüm etdirən Lutsifer belə adlanır...

"Və mən fikrə getdim. Deməli, hamı mənə şeytan deyir. Alnımda üç “6”-nın döyməsi var, anamın soyadı Morqenşterndir. Şeytan isə əfsanəyə görə, dənizdən çıxıb, anamın adı – Marina da "dəniz" kimi tərcümə olunur. Və düşündüm: "Deməli, mən şeytanam!" – deyə ifaçı sərsəm fərziyyələrini dilə gətirib.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru