Modellər məşhur iş adamını təcavüzdə günahlandırdılar - 24-ü birdən şikayətçidir

9-09-2021, 16:57           
Modellər məşhur iş adamını təcavüzdə günahlandırdılar -
Dünyaca məşhur moda modelləri Parisin "Elite Model" agentliyinin yaradıcısı Cerald Marie-ni seksual təcavüzdə günahlandırıblar.

Milli.Az xəbər verir ki, bu barədə New York Times məlumat yayıb. Ən azı 24 qurban biznesmendən şikayətçidir. Qəzetin yazdığına görə, bu ilin sentyabr ayının əvvəlində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işindən açıq şəkildə danışan modelləri Mariyə qarşı ifadə vermək üçün Parisə dəvət ediblər. Bunların arasında Carrie Otis, Jill Dodd, Lisa Amour, Shauna Lee, Ebba Karlsson və Emily Mott var. Hazırda 71 yaşlı Mari təqaüdə çıxıb və İbizada yaşayır.

Materiala görə, qurbanlara iş adamının keçmiş həyat yoldaşı Linda Evangelista və digər məşhur modellər: Paulina Porizkova, Karla Bruni və Helena Kristensen dəstək veriblər. Bundan başqa müğənni Karen Elson və aktrisa Milla Yovoviç də şiddət qurbanlarının müdafiəsi üçün çıxış ediblər.

Öz növbəsində iş adamının vəkili müvəkkilinin ona qarşı irəli sürülən ittihamları tamamilə rədd etdiyini bildirib. Marie özü istintaqla bağlı heç bir açıqlama verməyib.

Kamran Seyidov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru