Tanınmış teleaparıcı 43 yaşında vəfat etdi

12-09-2021, 11:59           
Tanınmış teleaparıcı 43 yaşında vəfat etdi
“Uzun sürən xəstəlikdən sonra həmkarımız, tanınmış jurnalist və teleaparıcı Anastasiya Anisimova dünyasını dəyişdi”.

Teref.az “Life.ru”ya istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti Hökumətinin İnformasiya Siyasəti Departamentinin açıqlamasında deyilir.

Bölgə sakinlərinin bir çoxu Anastasiyanı Regional Televiziyanın siması kimi tanıyıb.

Mərhum aparıcı “Nazirlər Kabineti”, “Hüquq Bölgəsi”, “Dördüncü Hakimiyyət” və digər proqramlara aparıcılıq edib.

“Nastya əsl yüksək səviyyəli peşəkar idi. İstedadı, həyat və iş sevgisi ilə özünəməxsus biliklərə və iti zəkaya sahib idi”,- deyə bildirilib.”Ölkə.az”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru