Məşhur texno-biznesmen və dünyanın ən varlı adamlarından olan İlon Mask öz Tvitter hesabında "COVİD" mövzusunun getdikcə uzanmasl ilə məzələnib. O, tvitter hesabında məşhur fantastik filmlərin birindən kadr paylaşaraq, yazıb: "2554-cü il, Klendatu. ABŞ-ın kosmik desant qüvvələri COVİD-in sonuncu, Zulu ştammını mühasirəyə alaraq, koronavirusla savaşın uğurla başa çatdığını elan edirlər". Azvision.az