Britni Spirs nişanlandı - FOTO

13-09-2021, 12:10           
Britni Spirs nişanlandı - FOTO
Amerikalı müğənni Britni Spirs sevgilisi, 27 yaşlı fitness məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb.

Teref.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə pop-ulduz özünün "Instagram" səhifəsində yazıb.

39 yaşlı müğənni barmağında üzük olan video paylaşaraq, baş verənlərə inana bilmədiyini qeyd edib.

Ancaq bir qədər sonra paylaşım müğənninin səhifəsindən silinib və Asqari bunun fotoşop olduğunu yazıb. Britninin fanatları isə onları bir zərgərlik mağazasında gördüklərini iddia edirlər.

Asqari və Spirs təxminən beş ildir ki, bir-birlərini tanıyırlar, onlar ilk dəfə müğənninin "Slumber Party" mahnısının klipində tanış olublar. Müğənni hələ də atası Ceyms Spirsin himayəsində olduğundan cütlük toyu təxirə salmalı olacaq, təbii ki, hələ də fikirlərini dəyişməyiblərsə. Britninin bu statusunun dəyişdirilməsi ilə bağlı müzakirələrin gedəcəyi məhkəmə iclası sentyabrın sonuna təyin edilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.