Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

16-09-2021, 07:48           
Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahidə edilə bilər.

Kristlayfsenin sözlərinə görə, bu buludlar Yer səviyyəsindən 15-30 kilometr yüksəkliklərdə, -70 və -90 dərəcə temperatur dəyişikliyi olarkən yaranıb.

Paylaşım internet istifadəçiləri arasında heyranlıq və təəccüb doğurub.

Qeyd edək ki, bloqer bundan əvvəl möhtəşəm video xatirinə İslandiyadakı Faqradalsfyadl vulkanının ağzında pilotsuz təyyarəni yandırmışdı. oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru