“Taxt oyunları”nın prikvelinin çəkilişindən yeni kadrlar yayılıb - FOTO

16-09-2021, 08:16           
“Taxt oyunları”nın prikvelinin çəkilişindən yeni kadrlar yayılıb - FOTO
Sosial mediaya “Game of Thrones” (“Taxt oyunları”) serialının prikveli olan “House of the Dragon”un (“Əjdəha Evi”) çəkilişldərindən yeni kadrlar sızıb. Görüntülərdə döyüş səhnəsi əks olunub.

Qeyd edək ki, HBO telekanalında istehsalı olan “House of the Dragon”un hadisələri “Game of Thrones” hadisələrindən 300 il əvvəli əhatə edir. Serial həmçinin Tarqarienlər Evinin Vestorasda hakimiyyət dövrünü göstərəcək.

Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir.

O da vurğulanır ki, “Game of Thrones”un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin “Alov və qan” kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru