Xalq artisti Aygün Kazımova tez-tez görünüşündə etdiyi dəyişikliklərlə gündəmə gəlir.
Teref.az axşam.az-a istinadən bildirir ki, yay mövsümündə müğənni ən çox saçlarında dəyişiklik edib.
Əvvəlcə saçlarını qısa kəsdirib tünd rəngə boyatdıran Kazımova sonra onları yenidən saraldıb. Bir müddət sonra isə ifaçı saçlarını uzadıb. yay boyunca saçlarını uzadıb gah tündləşdirib, gah da saraldan Aygün indi də buruq qaynaqlara üstünlük verib.
O, yeni fotosunu İnstaqramda yayımlayaraq "Sənə bir nəğmə qoşdum. Adı lya lya" yazaraq yeni mahnı hazırladığını vurğulayıb. Aygün geyimlərinin məşhur "Dolce & Gabbana" brendindən olduğunu bildirib.