“Koronavirus qüsulu verirəm” – Elza Seyidcahandan İLGİNC açıqlama

23-09-2021, 17:37           
“Koronavirus qüsulu verirəm” – Elza Seyidcahandan İLGİNC açıqlama
Əməkdar artist Elza Seyidcahanın koronavirusa yoluxduğu bildirilir. Məlumata görə sənətçi təcrid olunub və ev şəraitində müalicə alır.

Bizim.Media xəbəri müğənninin özü ilə dəqiqləşdirib. Elza Seyidcahan saytımıza açıqlamasında virusa yoluxmadığını və özünü çox gümrah hiss etdiyini bildirib:

“Doğru məlumat deyil. Maşallah, top kimiyəm. Peyvənd də olunmuşam. Üstəlik koronavirus qüsulu da verirəm”, - deyə sənətçi qeyd edib.

Xatırladaq ki, Elza Seyidcahan pandemiyanın ilk günlərində virusdan qorunmaq üçün maraqlı açıqlaması ilə gündəmə gəlmişdi. O, xəstələnməmək üçün koronavirus qüsulu almaq lazım olduğunu bildirmişdi. Hətta bununla bağlı videosujet də paylaşmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru