Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı – VİDEO

24-09-2021, 07:29           
Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlandı – VİDEO
Amerikalı pop müğənnisi Britni Spirs haqqında qalmaqallı sənədli filmin ilk treyleri yayımlanıb.

“Spirsə qarşı Britni” filmi atasının sənətçi üzərində qəyyumluğunun hüquqi və etik məsələlərindən bəhs edir.

Bir dəqiqəlik treyler Spirsin səsi ilə başlayır:

“Mən sadəcə həyatımı qaytarmaq istəyirəm. Ömür boyu işləmişəm. Bu insanlara heç nə borclu deyiləm”, – deyə o bildirir.

Qeyd edək ki, “Netflix”in hazırladığı sənədli filmin tam treylerinin yayımlanmasından əvvəl, məşhurun öz vəkilinə audio-ismarıcının 18 saniyəlik tizer-roliki yayımlanıb.

Söhbət 2009-cu ilin yanvar ayında göndərilən ismarıcdan gedir:

“Salam, adım Britni Spirsdir. Sizə daha əvvəl zəng etmişəm. Yenidən zəng edirəm, çünki qəyyumluğun ləğvi prosesində olduğumuza əmin olmaq istədim”.

Filmin özü sentyabrın 28-də yayımlanacaq.

Mənbə: “Moskovskiy Komsomolets”
kaim












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.