Kilsənin qarşısında intim fotosessiya etdirən bloger Rusiyadan deportasiya edilir - FOTO

2-10-2021, 12:20           
Kilsənin qarşısında intim fotosessiya etdirən bloger Rusiyadan deportasiya edilir - FOTO
Tacikistanlı bloqer Ruslan Bobiyev (əsl adı Müzəffər) 10 gün müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS xəbər verir ki, buna səbəb blogerin Moskvanın mərkəzində yerləşən Vasili Blajennı kilsəsi önündə dostu ilə erotik fotosessiya etdirməsidir.

Ruslan sözügedən görüntüləri instaqram hesabında yayımlayıb. Hətta bloqer "polislə seks" imitasiyasına xeyli bəyənmə gəlməsə görüntüləri video formasında paylaşacağını qeyd edib. Onun bu şəkilləri sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.

İstifadəçilər görüntüləri millətlərarası nigahlara və münasibətlərə, LGBT o cümlədən feminizmə qarşı təxribat adlandırıblar. Bu addımın tacik millətinin adını ləkələdiyini qeyd ediblər.

23 yaşlı Ruslanın həbsindən bir neşə saat sonra onun dostu da saxlanılıb. Bundan başqa tacik vətəndaşın Rusiya ərazisinə qanunsuz daxil olduğu da aşkarlanıb. Ruslanın yanında fotolarda yer alan Asya Akimovadır. (əsl adı Anastasiya Chistov)

Ona polis formasının qanunsuz daşıdığına görə protokol tərtib edilib.

Baş verənlərlə bağlı açıqlama verən bloqer etdiyi hərəkətə görə təəssüf hissi keçirdiyini qeyd edib:

“Təəssüf edirəm ki, polis formasında qızla şəkil çəkdirmişəm, bir də heç vaxt belə bir şey etməyəcəyəm. Məni buradan deportasiya edin ki, bir daha gəlməyim".















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.