Qolları və ayaqları olmayan, övladlarına 1 milyon sərvət qoyan şoumenin HƏYAT HEKAYƏSİ

4-10-2021, 00:04           
Qolları və ayaqları olmayan, övladlarına 1 milyon sərvət qoyan şoumenin HƏYAT HEKAYƏSİ
Əlləri və ayaqları olmadan doğulmuş, “Soxulcan adam” ləqəbli Prince Randian öldükdən sonra uşaqlarına gözlənilməz və əhəmiyyətli bir miras qoyub.

Prince Randianın doğulduğu 19-cu əsrin sonlarında indiki kimi özəl xəstəxanalar, sığınacaq evləri, onlayn yardım kampaniyaları və ya müasir protez qol və ayaqlar yox idi. Bu xəstəliklə dünyaya gələn körpələrin çoxu ölü doğulurdu. Ancaq Prince Randian hamını təəccübləndirərək sağ qalmağı bacarıb.

Ailəsinin fermasında işləyən Prince Randianın bədəni çox gücləndi...



Prince Randian təraş, rəsm və yazı kimi gündəlik işlərini yerinə yetirmək üçün o qədər çox vaxt və çaba sərf etdi ki, bunun zənginlik, sevgi və səyahət həyatına qapı açdığının fərqində olmadı. 1889 -cu ildə Amerikaya köçüb və "Freak Shows" adlı şoularda çıxış edib. İnsanlar tərəfindən gülüş obyektinə çevrilən Randian lağa qoyulur və alçaldılırdı. Randianın çıxış etdiyi sirkin direktoru Barnam insanların marağını cəlb etmək və daha çox pul qazanmaq üçün şoularında qeyri -insani, çirkin və aşağılayıcı adlardan istifadə edirdi. Bu iyrənc adlardan bəziləri "Soxulcan adam", "Yaşayan gövdə" və.s bu kimi şeylər idi.



Prince Randianın ən simvolik və əfsanəvi hərəkəti qarşısındakı siqareti heç bir dəstək olmadan tək başına yandırmaq idi.

Hind, ingilis, fransız və alman dillərində danışırdı. Həm də hazırcavab bir yumor hissi var idi və qadınlarla münasibətlərini inkişaf etdirməkdə çox yaxşı idi. Randian Sarah adlı qadınla evlənib və dörd övladı olub. Zəngin bir adam olaraq sirkdən təqaüdə çıxdıqdan sonra ailə “New Jersey”dəki bir fermada dinc ömür sürüb.



Prince Randianı fərqləndirən tək şey fiziki hərəkətləri deyil, həm də çox ağıllı olması idi.

1932 -ci ildə Prince Randian Tod Browningin "Freaks" adlı sirk filmində rol alıb. Filmin uğurundan sonra qısametrajlı filmlər və şou -biznes dünyasına geri dönüb. Lakin qısa müddət sonra 1934 -cü ildə 63 yaşında infarkt keçirərək ölüb.

Öldüyündə övladlarına buraxdığı miras isə dünyanı heyrətə gətirmişdi. O, övladları üçün nə az nə çox tam 1.1 milyon dollar miras qoyub.

Turan Oruc
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.