Turan İbrahimov "Space"dən getdi

4-10-2021, 10:40           
Turan İbrahimov "Space"dən getdi
Aparıcı Turan İbrahimov "Space" televiziyasından ayrılıb.

Teleqraf.com xəbər verir ki, Turan İbrahimov bu haqda sosial şəbəkədə məlumat verib:

"Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm "Space" TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə televiziya işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. Dörd-beş il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə bir daha deyim, televiziyaya həvəsim qalmayıb. Həm də özəl televiziyalar əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib. Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm. Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir".

Qeyd edək ki, Turan İbrahimov "Speys Xəbər"in aparıcısı idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.