Azərbaycanın ən populyar kanalı müflis olma həddində - Pul yoxdur...
12-03-2016, 12:04
Son günlər “Azad Azərbaycan”(ATV) telekanalında yayımlanan verlişlərin bağlanması kanal daxilində ciddi problemlərin varlığından xəbər verir. Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə ATV-də daha bir neçə verlişin bağlanması gözlənilir. Hətta kanalın maliyyələşdirdiyi verlişlərin taleyi sual altındadı. Maliyyə böhranı ilə üz-üzə qalan kanal rəhbərliyi balansdan maliyyələşən və kifayət qədər pul xərclənən ATV.az portalını da bağlamaq niyyətindədir. Məlumata görə, hələlik portalın işçilərinə bu barədə heç bir məlumat verilməyib. Amma yaxın günlərdə ATV.az-da ixtisarlar başlanacaq. Qeyd olunur ki, ATV ilə böyük şirkətlər arasında bağlanan reklam müqavilələri də artıq pozulub. Reklamsız qalan kanalın deyure rəhbəri Vüqar Qaradağlı isə problemi həll edə bilmir. Özünə məxsus bir neçə reklam şirkətlərini də kanaldan tamam uzaqlaşdırmaq qərarı verən Qaradağlı hç olmasa bu şirkətləri qorumağa çalışır. Daha bir məlumata görə, artıq 2 aydin ATV-nin Xəbərlər Departamentinin aparıcı və kameramanları əmək haqqı ala bilmir. Onlara aylardı gözləyin deyilir…