22 yaşlı qız ombaböyütmə əməliyyatında öldü

14-10-2021, 07:45           
22 yaşlı qız ombaböyütmə əməliyyatında öldü
22 yaşlı Sintiya Veqa Meksikada lisenziyası olmayan Elohim İntegral Estetik tibbi mərkəzində omba böyütmə əməliyyatı zamanı ölüb.

Milli.Az xəbər verir ki, əlləri, qarnını liposaksiya edən, eləcə də yan və ombasını böyütmək istəyən pasiyent narkozun dozasından ölüb.

Əməliyyat zamanı onun təzyiqi kəskin qalxıb. Qızı tibb mərkəzindən başqa xəstəxanaya aparsalar da, xilas etmək mümkün olmayıb.

Qızın valideynləri əməliyyatın əleyhinə olsalar da, o xarici görünüşündən narazı olduğu üçün israr edib.

Qızın vəziyyətinin pisləşdiyini görən özəl mərkəzin həkimləri isə qorxudan qaçıblar.

Prokurorluğun araşdırması zamanı olub ki. o mərkəzin plastik əməliyyat keçirçməyə rəsmi icazəsi olmayıb. /medicina.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru