"Mən belə müqayisəni heç sevmirəm, qəbul da etmirəm" - Telli Pənahqızı

14-10-2021, 19:13           
"Mən belə müqayisəni heç sevmirəm, qəbul da etmirəm" - Telli Pənahqızı
"Mən belə müqayisəni heç sevmirəm, qəbul da etmirəm"
“Bu gün kim hansı telekanala baxırsa, gözü o o kanala öyrəşir, verilişləri maraqlı gəlir. Təbii ki, bizim televiziyamız hamıya bəllidir ki, dövlət televiziyasıdır, daha çox rəsmi məlumatlar, xəbərlər veririk”

Bunu Moderator.az-a açıqlamasında “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı deyib. T.Pənahqızı televiziyalar arasında müqayisə aparmağı sevmədiyini bildirib:

“Bizim də verilişlərimizə səhərdən-axşama kimi oturub baxan olsa, görəcək ki, onların içində çox maraqlı, əyəncəli, uşaqlar üçün verilişlər var. Durub analoji cəhətdən desək ki, İctimai Televiziya bizdən üstündür və ya biz onlardan üstünük. Mən belə müqayisəni heç sevmirəm, qəbul da etmirəm. Orda işləyənlər də normal insanlardırlar, jurnalistlərdirlər. Bu gün İctimai Televiziyada da irəliləyişlər var.

T.Pənahqızı “Space” kanalına yeni rəhbər təyin olunandan sonra baş verən dəyişikliklərə də toxunub:

“Professionallıq başqa şeydir. Təbii ki, gözləntilərimiz var. Müşfiq müəllimə etimat göstərilib telekanala rəhbər təyin ediblərsə, nəsə etməlidir və edəcək də”.

T.Pənahqızı rektoru olduğu “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının qarşıda görəcəyi işlərdən də danışıb:

“Akamediyanın görəcəyi işlər hər kəsə bəllidir. Allah qoysa biz seçimlərə başlayacağıq və ondan sonra dərslərimiz başlayacaq. Ondan sonra mən nəsə deyə bilərəm. İndi planlaşdırmalar gedir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.