Mətanət Əsədova mətbuatdan polisə şikayət edib

15-10-2021, 18:41           
Mətanət Əsədova mətbuatdan polisə şikayət edib
Tez-tez qalmaqallarla gündəmə gələn müğənni Mətanət Əsədova xəbər saytlarından polisə şikayət edib.

Yenisabah.az xəbər verir ki, o, mətbuatı böhtanda ittiham edib. İfaçı hesab edir ki, onun fikirləri konteksdən çıxarılaraq dərc edilib.

Mövzu ilə bağlı Mətanət əsədova ilə əlaqə saxlasaq da müğənni bu barədə açıqlama verməkdən imtina edib: “Polisdən sizə zəng vurub məsələni ətraflı deyiblər. Məni narahat etməyin”.

İfaçının Mətbuat Şurasına yaxud məhkəməyə deyil, birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etməsi mətbu sferada birmənalı qarşılanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru