“Kuruluş Osman”ın işçiləri Burakı məhkəməyə verdi

17-10-2021, 00:11           
“Kuruluş Osman”ın işçiləri Burakı məhkəməyə verdi
Beykoz Rivada 2020-ci ildə "Kuruluş Osman" serialının çəkili ərəfəsində aktyor Burak Özçivitin onları təhqir etdiyini deyən 4 işçi polisə şikayət edib.

Onlardan biri A.Ö. operator köməkçisi olduğunu və aktyorun ona qarşı pis davrandığını açıqlayıb:

"Hadisə günü işləyirdim. Burak Özçivit oturduğu çadırdan çıxaraq orada işləyənlərə tərəf gəldi və tək-tək gözümüzün içinə baxaraq söyüşlər söydü. Sonra çəkiliş məkanından getdi. Amma qısa vaxt sonra geri döndü və yenidən söydü. İşçilər şokda idi. Onun əvvəl də işçilərə qarşı bu cür davranışı olub".

Məhkəmə aktyorla bağlı "Birdən çox insanı təhqir etmə" iddiası ilə araşdırmaya başlayıb.

Polis tərəfindən dindirilən Burak "Həmin şəxsləri rol aldığım serialdan tanıyıram. Onları təhqir etməmişəm. Çəkiliş məkanı stresli olur. Amma ağzımdan söyüş çıxmayıb" sözlərini söyləyib.

Hakim tərəflərin uzlaşmasını təklif edib./Axsam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru