Kosmosda bədii film çəkən qrup yerə endi - FOTO

17-10-2021, 20:12           
Kosmosda bədii film çəkən qrup yerə endi - FOTO
Kosmonavt Oleq Novitsky, aktrisa Yulia Peresild və rejissor Klim Shipenko ilə birlikdə Y.A. Gagarin kosmik gəmisinin (Soyuz MS-18) enmə vasitəsi ilə Qazaxıstan çölünə eniblər.

"Azadlıq" radiosunun rus xidməti enmənin Roscosmos saytında yayımlandığını bildirir.

TASS-ın məlumatına görə, Peresildlə Shipenko oktyabrın 5-dən, Novitski isə aprelin 9 -dan orbitdə olub.

Məlumata vurğulanır ki, Peresild və Shipenko dünyada birinci dəfədir ki, kosmosda bədii film çəkiblər. "Çağırış" adlanan kosmik dramda həkim qız kosmonavtı xilas etmək üçün orbitə uçur.

Film Roskosmos, Rusiyanın 1-ci kanalı və "Yellow, Black and White"ın birgə layihəsidir.

Ekrana çıxacaq 35-40 dəqiqəlik filmin çəklişlərində həmçinin rusiyalı kosmonavtlar Anton Shkaplerov, Oleq Novisskiy və Petr Dubrov da iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru