Polis repçini hava limanında tutub şöbəyə apardı

18-10-2021, 00:28           
Polis repçini hava limanında tutub şöbəyə apardı
Sakarya bölgəsində təşkil edilən "Jungle Mood Festivali" üçün Türkiyəyə gələn Murda ləqəbli məşhur repçi Mehmet Önder Doğan polis tərəfindən saxlanılıb.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, polis musiqiçini hava limanında saxlayıb. Buna səbəb onun pasportunda olan problem olub.

Hazırda polis nəzarətində olan repçinin 2500 insanın yer alacağı konsertdə səhnəyə çıxmalı olduğu bildirilib. Polis hələ Murdanı azadlığa buraxmayacağını dediyi üçün, konsert təxirə salınıb və biletlər geri qaytarılmağa başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru