Türkiyəli Merilin Monronun mağazası turistləri cəlb edir – VİDEO

18-10-2021, 08:52           
Türkiyəli Merilin Monronun mağazası turistləri cəlb edir – VİDEO
Türkiyənin Mardin şəhərində yaşayan və məşhur amerikalı aktrisa Merilin Monroya bənzərliyilə seçilən Mələk Qaraxanın 6 kvadratmetrlik sabun və ətir mağazasına daxil olanların burada çox sayda it və pişiklə qarşılaşır.

Belə ki, 46 yaşlı xanım özünü küçə heyvanlarının mühafizəsinə həsr edib. Dörd övladı və iki nəvəsi olan Mələk xanım gəlirinin 90%-ni məhz bu istiqamətdə sərf edir. Şəhərə gələn turistlər foto çəkdirmək üçün onun mağazasına gəlir və Qaraxanın hobbisindən xəbər tutduqda ianələr edirlər.

Türkiyəli məşhur pişiklər üçün 50 yerlik sığınacaq açıb və tezliklə itlər üçün də analoji müəssisə yaratmağı planlaşdırır.
Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru