Məşhur blogerdən dostuna hədiyyə - 50 min dollar

19-10-2021, 17:57           
Məşhur blogerdən dostuna hədiyyə - 50 min dollar
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov dostuna etdiyi hədiyyə ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, biznesmen dostu Vadim Boqaçın ad gününə qatılıb.

Hüseyn ona apardığı hədiyyəni sosial şəbəkədə paylaşıb.

Bloger həmkarına çantasından çıxardığı 100 dollarlıq 5 dəst əskinas hədiyyə verib.

"İstədiyin kimi yaşamaq üçün milyarderin övladı olmaq lazım deyil. Biz sənə nümunəyik. Hekayəmdə olan bütün uşaqlar sıradan bir, sadə ailədəndilər. Biz bacardıq və bundan sonra da istədiklərimizə nail olacağıq".

Qeyd edək ki, bloger Vadimlə 5 ildir dostluq etdiyi üçün 5 dəst pul seçdiyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru