Masaj iddiasına cavab verdi

20-10-2021, 17:09           
Masaj iddiasına cavab verdi
Türkiyədə "Best model" yarışmasının təşkilatçısı Erkan Özerman haqqında səsləndirilən ittihamlara cavab verib.

OLAY yazır ki, o, bu barədə "Söylemezsem olmaz" proqramında qonaq olarkən danışıb və iştirakçıların ona şər atdığını söyləyib:

"Yalan danışırlar və "yarışmada haqqları tapdalanan" insanlar kimi ortaya çıxırlar. Guya masaj etməyə çağırmışam. Gülməlidir! "Mən münsiflə danışdım",-deyir. 67 nəfərlə necə danışarsan? Bu insanlar mediada yer alırlar. Buna üzülürəm. Sonra deyir ki, Erkan Özerman çağırmadı, bu söhbət aramızda keçmədi. Heç mən orada belə deyildim. Öz meneceri ilə zarafat edir. Nə xəbərim var, nə də onu tanıyıram".

Qeyd edək ki, bir neçə gün öncə yarışmanın iştirakçıları qalibin əvvəldən bəlli olduğunu, E.Özermanın onlara əxlaqsız təkliflər etdiyini söyləyiblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru