“Qardaşım yanlış vurulmuş iynədən öldü” - Pərvin Abıyeva

21-10-2021, 12:50           
“Qardaşım yanlış vurulmuş iynədən öldü” -
Aktrisa Pərvin Abıyeva illər əvvəl yaşadığı qardaş itkisindən danışıb.

KONKRET.az xəbər verir ki, bunu o, ilk dəfə “Özəl” verilişində etiraf edib.

Abıyeva qardaşının həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən həyatını itirdiyini deyib:

“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var. Bacımdan öncə rəhmətə getmiş bir qardaşım olub. Anam həmişə deyirdi ki, ona çox oxşayırsan”.

Aktrisa ikinci, üçüncü sinfə qədər saçının qısa olduğunu bildirib:

“Anam məni oğlan kimi böyüdürdü. Bir növ məndə onu görürdü. Anam saçımı özü kəsirdi. Elə bil o saç məni oğlan kimi böyüməyə məcbur edib. Mənim uşaqlığımı xatırlayan insan indi məni görəndə şoka düşür ki, sən oğlan uşağı olmusan”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.