Vüsalə Əlizadə efirdən sonra xəstəxanaya aparıldı – Vəziyyəti pisləşib
22-10-2021, 00:06
Tanınmış aparıcı Vüsalə Əlizadə xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, efirdən sonra aparıcının halı pisləşib.
"Bir az nasazlığım olmuşdu. Həkimlər yardım etdi. Hər şey qaydasındadır. Allahın sevimli bəndəsiyəm. Sınaqlardan güclü çıxıram. Sınaqlardan şükür edib çıxmağım üçün Allah güc verir", - deyə V.Əlizadə aparıcısı olduğu “7 Canlı” verilişində bildirib.