"Sonuncu" filmi beynəlxalq "EnergaCAMERIMAGE" festivalında nümayiş etdiriləcək

22-10-2021, 07:53           
"Sonuncu" filmi beynəlxalq "EnergaCAMERIMAGE" festivalında nümayiş etdiriləcək
29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalı bu ilin 13-20 noyabr tarixlərində Polşa Respublikasının Torun şəhərində keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Bakı Media Mərkəzi" və "Salnaməfilm" Studiyası tərəfindən istehsal olunmuş "Sonuncu" sənədli filmi 29-cu "EnergaCAMERIMAGE" Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.
"Azərbaycanfilm" kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, festival bu ilin 13-20 noyabr tarixlərində Polşa Respublikasının Torun şəhərində keçiriləcək.
Məlumata görə, festivalın "Qısametrajlı Sənədli Filmlər Müsabiqəsi"nin nüfuzu ondadır ki, “EnergaCAMERIMAGE” Sənədli Qısametrajlılar kateqoriyasında Kino Sənəti və Elmləri Akademiyası tərəfindən ACADEMY AWARD® kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”-də müvafiq bölmədə Qızıl Qurbağa mükafatçıları, Akademiya qaydalarına uyğun olması şərti ilə, İllik Akademiya Mükafatlarının Sənədli Qısametrajlı Filmlər kateqoriyasında nəzərdən keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru