Adelin beş il ərzində ilk manısı hit-paradda liderlik edir - VİDEO

22-10-2021, 08:00           
Adelin beş il ərzində ilk manısı hit-paradda liderlik edir - VİDEO
Britaniyalı müğənni Adelin beş il ərzində ilk mahnısı “Easy On Me” (“Mənimlə mülayim ol”) çartlarda “debüt həftəsinin lideri” seçilib.

Oktyabrın 15-də çıxan “Easy On Me” lirik balladası Adelin noyabrın 19-da satışa çıxarılması planlaşdırılan “30” adlı yeni albomundakı ilk mahnısıdır.

Mahnı bundan əvvəl də Britaniya çartlarında birinci yerdə idi.

Oktyabrın 20 -nə olan məlumata görə, “Easy on Me” 149 865 dəfə satılaraq, Olivia Rodrigonun “Good 4 U” trekini keçib (debütün ilk həftəsində bu mahnı 117 355 dəfə satılmışdı).

“30” albomu artıq qeyri-rəsmi “boşanma albomu” adlandırılıb. Belə ki, “Easy On Me” mahnısında müğənni ərindən niyə boşanmaq qərarına gəldiyini izah edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru