ABŞ-da aktyor Alek Balduin film çəkilişi zamanı 1 qadını güllələyib, xəsarət alan var

22-10-2021, 08:14           
ABŞ-da aktyor Alek Balduin film çəkilişi zamanı 1 qadını güllələyib, xəsarət alan var
ABŞ-da aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə TMZ portalı bildirib.

Məlumata görə, hadisə Nyu-Meksika ştatında "Rust" ("Pas") vesterninin çəkilişləri zamanı qeydə alınıb.

Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib, hansı ki, boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Digər mətbu orqanlar da bildirib ki, Alek Bolduin filmin çəkilişində iştirak edib, filmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb. Hələlik aktyora qarşı ittiham irəli sürülməyib.

“Variety” jurnalı isə bildirib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi istisna olunmur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru