Məşhur reperdən sərt sözlər: - “Xalqın qulusan, get qulluğunu elə”
22-11-2021, 17:33
“Rəsmi olaraq elan edirəm ki, bu gündən etibarən mən pis adamam”.
Lent. az xəbər verir ki, bu sözləri APA TV-nin ən baxımlı layihələrindən biri olan “Sözüm var” verilişində məşhur reper Uran deyib.
O kini ancaq sığorta üçün saxladığını deyib: “Həyat küsmək üçün çox qısadır. Şəxsi həyatın yaradıcılıqla ümumiyyətlə əlaqəsi yoxdur, olmamalıdır da”.
Məmurların xalqla ünsiyyətindən danışan reper bildirib ki, məmurlar camaatı məsafədə saxlayırlar: “Millət vəkili beş ildən bir peyda olmasın da. Xalqdan qaçmaq olmaz, insanla ünsiyyət qurmağı öyrənmək lazımdır. Sanki alçaq dağları yaradıblar. Mənim səndə yüz faiz borcum yoxdur, heç xalqın da borcu yoxdur. Xalqın verdiyi büdcədən yeyirsən.
Mən elə məmur tanımıram ki xalqla ünsiyyətə girəndən sonra zəri tökülsün”.