Nahidə Orucova ilə Şəfiqə Nağıyeva arasında GƏRGİNLİK: "Danışıq tərzinizə fikir verin" - VİDEO

22-11-2021, 20:05           
Nahidə Orucova ilə Şəfiqə Nağıyeva arasında GƏRGİNLİK: "Danışıq tərzinizə fikir verin" - VİDEO
ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verlişində Nahidə Orucova ilə Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.

Belə ki, aktrisa Nahidə Orucova vəkil Şəfiqə Nağıyevanın onu xoşlamadığını və onu görmək istəmədiyini hiss etdiyini bildirib.

“Mən Şəfiqə xanıma heç bir hörmətsizlik, saymazlıq etməmişəm. Həmişə ona hörmətlə yanaşmışam. Amma mən Şəfiqə xanımdan onu hiss edirəm ki, o, məni görmək istəmir” deyə Nahidə Orucova bildirib.

Şəfiqə Nağıyeva isə Nahidə xanımın onun haqqında haradasa danışmadığından əmin olduğunu və səbəbin bu olmadığını bildirərək “Zorla bəyənmək olmaz, hər insanı sevmək olmur, mən sizi bəyənmirəm” cavabını verib.

Nahidə Orucova daha sonra Şəfiqə xanımın studiyada əyləşən aktyor Rəhman müəllimi bəyəndiyini deyib: “O, kişidir, ona görə onu bəyənir”

Bu sözü Şəfiqə Nağıyevanı əsəbiləşdirib: “Bax, bu cür danışıq tərzinə görə səni bəyənmirəm, danışıq tərzinizə fikir verin” deyə bildirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.