“Sən oxuya bilmirsən” demişdi, üzr istədi - VİDEO

3-12-2021, 11:26           
“Sən oxuya bilmirsən” demişdi, üzr istədi - VİDEO
Xalq artisti Tünzalə Ağayeva məclislərin birində Əməkdar artist Vasif Məhərrəmlinin ünvanına “Sən oxuya bilmirsən” dediyinə görə ondan üzr istəyib.

“Qafqazinfo” xəbər verir ki, Ağayeva Məhərrəmli ilə video çəkib və instaqram hesabının hekayə bölümündə paylaşıb.

“Vasif dəyərli peşəkardır, sənət sahibidir. İnan ki, bu cümlənin sənin peşəkarlığına bir aidiyyətı yoxdur. Demək istəyirdim ki, Vasif caz sənlik deyil, qoy, oxuyum. Başa düşürəm hər şeyi, maqazin xəbərlərinə öyrəşmişik. Amma istəmərəm ki, sənət dostlarıma mənim kəlmələrimdən bir ziyan gəlsin. Vasif, yenə də “sorry” (üzr istəyirəm-red.)”, - Ağayeva deyib.

“İstədim deyəm ki, sən peşəkarsan, sənət budur”, - deyə Məhərrəmli əlavə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru