Qadın həyat yoldaşından boşanaraq özünə ərə getdi - FOTO

29-03-2022, 08:57           
Qadın həyat yoldaşından boşanaraq özünə ərə getdi - FOTO
Niderlandın Voorburq şəhərinin sakini olan qadın həyat yoldaşından boşanıb və bir ildən sonra özünə ərə getmək qərarına gəlib.

32 yaşlı iki uşaq anası Şarlotta Zum Verde Siv Verdinq 2020-ci ildə boşandığını və ayrılıqdan sonra qadınları gücləndirən şirkət qurduğunu açıqlayıb. Onun sözlərinə görə, bu təşəbbüs ona öz dəyərini və müstəqilliyini dərk etməyə kömək edib.

Verdinq etiraf edib ki, bir dəfə üzüksüz barmağına baxıb və özü ilə evlənmək qərarına gəlib. Çünki o, yalnız belə bir evliliyin ömrünün sonuna qədər davam edə biləcəyini düşünüb. 2021-ci ilin iyul ayında niderlandlı qadın özünə evlilik təklif edib və üç ay sonra ərə gedib.

Xanım özünü və iki uşağını simvolizə edən üç qiymətli daşla bəzədilmiş ağ qızıl üzük alıb. O, evində toy təşkil edib və səkkiz nəfəri dəvət edib. Təxminən 400 avro xərcləyən xanım çiçəklər, paltar, şamlar alıb, özü tort hazırlayıb və süfrə açıb.

Dostları və qohumları qadına dəstək olub və şənliyi məmnuniyyətlə onunla bölüşüblər.

lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru