Rusiyalı məşhur şoumen Valdis Pelş xəstəxanalıq olub
29-03-2022, 09:08
Rusiyalı televiziya aparıcısı, teleprodüser, televiziya rejissoru, aktyor və musiqiçi Valdis Pelş xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, şoumenin ürəyində problemlər var və bu fonda o, daim diskomfort hiss edir.
Əvvəllər Pelş stent quraşdırılması üçün əməliyyat olunub.
Pelşin direktoru Təbriz Şahidi isə aparıcının səhhətində heç bir problem olmadığını, illik, planlaşdırılmış müayinə üçün həkimə müraciət etdiyini bildirib.
Qeyd edək ki, latış əsilli ulduz “Nesçastnıy sluçay” rok qrupunun yaradıcılarından biridir. O daha çox “Uqaday melodiyu”, “Russkaya ruletka” və “Rozıqrış” televiziya proqramlarının aparıcısı kimi tanınıb.
2019-cu ilin dekabr ayından “Podari Jizn” Fondunun səfiridir.