AzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi - AÇIQLAMA

4-04-2022, 11:07           
AzTV-nin bədii rəhbəri Ranar Musayev istefa verdi - AÇIQLAMA
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb. DİA.AZ xəbər verir ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, o öz ərizəsi ilə işdən çıxıb.
Məsələni AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Bakupost.az -a təsdiqləyib.
O bildirib ki, R. Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb.
“Onun yerinə hələlik təyinat yoxdur”, - deyə əlavə edib.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etməsi ciddi narazılıqla qarşılanmışdı.
Aşağıda təqdim etdiyimiz video yayılandan sonra bu tənqidlər daha da “alovlanmışdı”:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru