"Onları tanıdan Səməd olub, danmaq olmaz" - QALMAQAL

5-04-2022, 11:18           
"Onları tanıdan Səməd olub, danmaq olmaz" - QALMAQAL
Əməkdar artist Ruhəngiz Musəvi qalmaqala səbəb olacaq açıqlama verib. Teref.az lent.az-a istinadla xəbər verir ki, müğənni mərhum Xalq artisti Səməd Səmədovla duet oxuyan həmkarlarına söz atıb: “Ümumiyyətlə, bu sözü hər zaman demişəm. Səməd Səmədov bir çoxlarına çörək verib, dəstək olub. İstər musiqiçi, istər müğənni olsun. Adlarını çəkməyəcəm. Hər xanım müğənnilərin özünəməxsus ifa tərzləri olub. Amma onları tanıdan kim olub? Səməd Səmədov. Bunu danmaq olmaz. Məni sənətə kim gətiribsə, hər zaman müsahibələrimdə demişəm".

Qeyd edək ki, bu günə qədər Səməd Səmədovla Xalq artisti Flora Kərimova, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, müğənni Sevda Əliqızı, “Qismət qrupu” duet oxuyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru