Canlı yayımda müharibədən danışan ukraynalı müğənni göz yaşlarına hakim ola bilmədi - VİDEO

8-04-2022, 09:58           
Canlı yayımda müharibədən danışan ukraynalı müğənni göz yaşlarına hakim ola bilmədi - VİDEO
Məşhur ukraynalı müğənni Nastya Kamenskix İspaniya televiziyasında iştirak etdiyi xeyriyyə konsertində göz yaşlarına hakim ola bilməyib.

Canlı yayımda ifasını bitirəndən sonra çıxış edən ukraynalı pop-ulduz hazırda ölkəsində yaşanan müharibəyə toxunub:

“İndi Ukrayna sülh, müstəqillik və insan haqları uğrunda mübarizə aparır. Bütün dünyanı mənim ölkəmə kömək etməyə çağırıram”, - deyə Nastya Kamenskix söyləyib.

Qeyd edək ki, Nastya Kamenskixin çıxış etdiyi konsertdən yığılan pullar Ukraynada müharibədən zərər çəkmiş insanların ehtiyaclarına ödəniləcək.

UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru