Hande Erçel Hadisənin keçmiş sevgilisi ilə eşq yaşayır? - FOTO

8-04-2022, 10:34           
Hande Erçel Hadisənin keçmiş sevgilisi ilə eşq yaşayır? - FOTO
Türkiyəli aktrisa Hande Erçelin adı indi də məşhur müğənni Hadisənin keçmiş sevgilisi ilə hallanıb.

Həmkarı Kerem Bürsindən ayrılan aktrisa biznesmen Atasay Kamerlə sevgili olması iddialarının doğru olmadığını bildirmişdi.

28 yaşlı cazibədar aktrisanın Hadisənin keçmiş sevgilisi Kaan Yıldırımla görünməsi müzakirələrə səbəb olub. Belə ki, onlar getdikləri məkanda səhərə qədər əyləniblər.

İtaliyanın Milan şəhərindən qayıdan Erçel jurnalistlərin bu barədə suallarını cavablandırıb. “Kaan Yıldırımla eşq yaşayırsınız?” sualına aktrisa belə cavab verib: “Bu mövzu barədə indi danışmayaq. Daha gözəl bir zamanda söhbət edərik”.




Mənbə: 2.Sayfa












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.