“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdı” - Əlikram Bayramov

10-04-2022, 00:02           
“Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdı” -
Müğənni Əlikram Bayramovun toyda başına iş gəlib.

Yenisabah.az xəbər verir ki, bu haqda aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında danışıb.

Zaur Kamal Əlikrama "Toyda bir nəfər deyib ki, yaxşı kişisən, amma arvaddan qorxursan" deyildiyini xatırladıb.

Müğənni isə belə cavab verib:

"Deyib, efirdə nəsə olanda danışırıq, deyirəm, xanım baxır, olmaz. Yəqin ondan eşidib. Adam mikrofonu götürdü toyun ortasında dedi ki, yaxşı oğlansan, amma xanımından niyə belə qorxursan? Heç utanmadım da. Kişi arvaddan nə qədər qorxsa, bir o qədər yaxşıdır. Evdə xanımına kömək etmək kişinin borcudur. Hər şeyi xanım etməməlidir. Demirəm ki, qab yu. Uşağa baxmaqda kömək et".

Əlikram qeyd edib ki, hadisə Sabirabadda toyda olarkən yaşanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru