Müğənni təhqirlərə cavab verdi: "Artıq bezmişəm"

10-04-2022, 00:07           
Müğənni təhqirlərə cavab verdi: "Artıq bezmişəm"
"Müğənnilər haqda danışanda diqqətli olun. Onun anası, atası, balası var. Təhqir edirsiz müğənniləri. Təsəvvür edin, mən sizi təhqir edirəm, ailəniz bunu görür".

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva instaqramda canlı yayımda deyib.

Müğənni sosial şəbəkədə ona tənqid yazanlara cavab verib:

"Yazılan rəylər məni pis edir. Sənət yoldaşlarımın necə əziyyətlə pul qazanıb, əziyyət çəkdiklərini görürəm. Heç kimin əziyyətini yerə vurmayın. Bəyənmədiyinizi təhqir etməyin. Heç kim asanlıqla bu yerə gəlib çıxmayıb. Məni sevməyənləri sevmirəm, xoşlamıram. Pis sözlər, təhqir yazanları sevmirəm. Əvvəl cavab vermirdim, amma artıq bezmişəm, yorulmuşam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru