Geyimlərinin qiymətini açıqladılar - 32 minlik saat, 200 manatlıq kofta - FOTO

12-04-2022, 09:35           
Geyimlərinin qiymətini açıqladılar - 32 minlik saat, 200 manatlıq kofta - FOTO
"MTV maqazin" sənət adamlarının geyimlərinin qiymətini araşdırıb.

Teref.Az axşam.az-a istinadən məşhurların libaslarının qiymətini təqdim edir:

Müğənni Ayan Babakişiyeva kostyumunun 500 manat olduğunu deyib:

"Başqaları kimi geyinib, sonra geri qaytarmıram. Üzərimdəki paltar 100 min olsa da özümdə qalır. Saatın markasını hamı bilir, 32 min avrodur".

Müğənni Türkan Vəlizadə isə geyimi haqda suallara "Geyimimin qiyməti 1000 manatdır. Ayaqqabım isə bir il əvvəl almışam, qiymətini unutmuşam. Sırğalarım bahadı - 320 avroya almışam" cavabını verib.

Rəqqasə Rəna Ağamuradova ağ paltarını min manata aldığını söyləyib. O bildirib ki, ayaqqabısı hədiyyədir.

Müğənni Günay İbrahimli köynək 200, ətəyinə 600 manat xərcləyib. O bildirib ki, çantası ilə ayaqqabısı bahalı brenddir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.