Kliniki ölüm keçirən Həmidə Ömərova: "Xoşbəxt idim"

12-04-2022, 12:05           
Kliniki ölüm keçirən Həmidə Ömərova: "Xoşbəxt idim"
Xalq artisti Həmidə Ömərova kliniki ölüm keçirdiyini və həmin an yaşadıqlarını danışıb.

Axşam.az xəbər verir ki, aktrisa bu haqda "O üz" proqramında danışıb. O bildirib ki, övladını dünyaya gətirən zaman kliniki ölüm keçirib:

"İşıq sürəti ilə uçurdum, qarşımda tunel var idi. Mən o işıqda atamın gözlərini gördüm. Xoşbəxt idim. Hiss edirdim ki, arxada uşaq ağlayır. Görməyən gözlərimlə görürdüm ki, arxada anam, yoldaşım var, amma mən onlar üçün rahat idim. Artıq öz missiyamı yerinə yetirib, dünyaya övlad gətirmişdim. O işıqlı dünyaya uçurdum, amma həkimlər məni qoymadı. Üzümü sillələyib, məni bu problemli dünyaya geri qaytardılar".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.