Ukraynadakı müharibəyə görə “Что? Где? Когда?”dan getdilər – Fotolar
15-04-2022, 00:10
Rusiyanın birinci kanalında yayımlanan “Что? Где? Когда?” intellektual şousunun bir neçə üzvü Ukraynadakı müharibə fonunda yarışdan ayrılmaq qərarı alıb. Dmitri Breitenbixer, Vera Rabkina, İvan Marışev, Nikolay Krapil, həmçinin Daria Solovey və Denis Qaliakberov layihəni tərk ediblər.
Vera qərarını instaqram hesabında belə şərh edib:
“Həmişə fikirləşirdim ki, bəzi şeylər o qədər açıqdır ki, onları səsləndirmək olmaz, amma son günlər nitqin vacibliyi ilə bağlı çoxlu fikirlər eşitmişəm. Bu il son 14 ildə ilk dəfə “Nə? Harada? Nə vaxt?” elit klubunun heç bir efirinə çıxmayacağam. Şübhəsiz ki, onsuz da yollarımız ayrılacaqdı, lakin Ukraynadakı müharibə və siyasətdən kənarda qalmamaq bu seçimi asan və azad etdi”.
Denis eyni məzmunla tviterdə açıqlama yaysa da sonradan bu paylaşımı silib. Adıçəkilən iştirakçılar müharibə başlayandan bir neçə gün sonra bununla bağlı attıqları addımı açıqlayıblar.