“Marvel” Rusiyada komikslərinin satışını dayandırır

22-04-2022, 11:33           
“Marvel” Rusiyada komikslərinin satışını dayandırır
“Marvel” Rusiyada komikslərinin satışını və lisenziyaları yeniləməyi dayandırır.

Şirkətin qərarı barədə “Çuk i Gik” mağazasının sahibi İvan Çernyavski açıqlayıb.

Onun sözlərinə görə, “Marvel” nümayəndələri Rusiyadakı tərəfdaşlarına yaydan etibarən qeyri-müəyyən müddətə əməkdaşlığı dayandırdıqları barədə məktub göndəriblər.

“2022-ci ilin yayın ortasında Marvel rus dilində komikslərinin buraxılması üçün lisenziyaların satışını və yenilənməsini dayandıracaq. İndi alınan hər şey yaxın iki-üç ay ərzində buraxılmalıdır, bundan sonra, “Marvel”in tələbi ilə, yeni və əlavə nəşrlərin gətirilməsi mümkün olmayacaq”, - deyə o bildirib.


Mənbə: The Insider












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru