Azərbaycanlı Blogger Hüseyn Həsənov tankla avtomobilin üstündən keçdi - VİDEO

22-04-2022, 11:02           
Azərbaycanlı Blogger Hüseyn Həsənov tankla avtomobilin üstündən keçdi - VİDEO
Rusiyada məşhurlaşan azərbaycanlı videoblogger Hüseyn Həsənov İnstaqram-ın hekayə bölməsində etdiyi növbəti paylaşımı ilə diqqət çəkib.

Teref.az axşam.az-a istinadən xəbər verir ki ,o, bu dəfə tıxacın ortasında öz avtomobilindən düşərək qarşıdakı "VAZ 2115" markalı avtomobili almaq üçün sürücüyə 100 min rubl (təxminən 2700 manat) pul təklif edib. Sürücü Hüseynin təklif etdiyi məbləğə maşınını ona satmağa razılıq verib.

Daha sonra blogger aldığı avtomobilin üstündən tankla keçib.

Qeyd edək ki, Hüseyn izləyicilərinə bahalı hədiyyələr verməsi ilə gündəmə gəlir. Onu sosial media hesabında 12 milyondan çox insan izləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru