Dünyaca məşhur “Ellen Show” 19 illik fəaliyyətini dayandıraraq ekranlara vida edir.
Bu barədə məlumatı şounun aparıcısı Ellen DeGeneres “Twitter” səhifəsində paylaşıb.
“Bu gün “Ellen Show”un son bölümünü lentə aldıq. 2003-cü ildə bu şouya başladığımz zaman İPhone yox idi , sosial media yox idi. Həyatınıza dəvət olunmaq mənə inanılmaz sevinc bəxş etdi. Təşəkkür edirəm”,- deyə Ellen əlavə edib.
Qeyd edək ki, şounun final tarixi 29 maydır. mənbə: varıety