Pakistanda yapon üslubunda ilk animasiya filmi yaradılacaq

3-05-2022, 10:04           
Pakistanda yapon üslubunda ilk animasiya filmi yaradılacaq
Pakistan yapon üslubunda ilk animasiya filmini təqdim etməyə hazırlaşır.

Cizgi filminin rejissoru “Mano Animation Studios” animasiya studiyasının yaradıcısı Usman Riaz olacaq.

Gələcək layihə “Şüşə ustası” adlanır.

Hekayədə baş qəhrəman Vinsent bu sənəti usta olan atasından öyrənir. Lakin birdən onların dinc həyatı sona çatır - Pakistanda müharibə başlayır. Vinsent polkovnikin qızı, violonçel ifaçısı Allisə aşiq olanda ata və oğul arasındakı münasibətlər korlanmağa başlayır. Vətənpərvərliyin, ictimai rəyin sevgidən, yaradıcılıqdan, azadlıqdan daha çox qiymətləndirildiyi bir vaxtda iki aşiq gənc bunun əksini sübut etməli olur.

Hazırda studiyanın “YouTube” kanalında 11 dəqiqəlik videotizer yerləşdirilib.

Animasiyanın təqdimatı 2023-cü ilə planlaşdırılıb.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.